Malaysian grand prix (online TV live)

Sayta qoyulub: 22:36 23.03.2012 (255 dəfə oxunub)

/tv.php

Malayziyada Pirelli şirkəti mövsümdə ilk dəfə komandalara ən bərk təkərini - Hard tərkibini təqdim edəcək, opsion tərkib isə bu dəfə Medium olacaq. Şirkət bu qərarı bir neçə ay əvvəl qəbul etmişdi ki, Sepanqın cod asfaltında pit-stopların sayını azaltsın, axı keçən il sürücülərin çoxu yarışın gedişində 3 dəfə təkər dəyişməli olmuşdu.

Keçən illə müqayisədə təkərlər bir qədər yumşalıb və stabilləşib, təkər ustaları ümid edirlər ki, Hard və Medium tərkiblərinin bir dövrədə sürət fərqi bir saniyədən az olacaq və komandalar müxtəlif taktiki seçimlər edəcəklər.

Pol Hembri, Pirelli Motorsport: "Trasın xarakteristikası və iqlimin xüsusiyyətləri üzündən Malayziya yarışı təqvimdə ən çətin yarışlardan biridir. Biz asfaltın 50 dərəcəyədək qızmasını gözləyirik. Bizim məqsədimiz tərkiblərin sürət fərqini bir dövrədə bir saniyənin altına salmaqdır.

Malayziyada ötmələr mümkündür, bizim təkərlərin yeyilməsinə nəzarət bu ötmələri daha real edir. Tərkiblərin seçilməsi strategiyası böyük əhəmiyyət kəsb edəcək, xüsusən də hər hissənin sonunda. Keçən il podiumun taleyi son dövrələrdə həll olundu və biz ümid edirik ki, bu dəfə mübarizə daha sıx və gərgin olacaq."

 

Malayziya Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı Fernando Alonso (Ferrari), Censon Batton (McLaren), Pastor Maldonado (Williams), Serxio Peres (Sauber), Mixael Şumaher (Mercedes AMG) və Jan Erik Vern (Toro Rosso) jurnalistlərin suallarına cavab verməli olacaqlar.

Cümə günü isə onları rəsmi şəxslər - Stefano Domenikali (Ferrari), Kristian Horner (Red Bull), Monişa Kaltenborn (Sauber), Jerar Lopes (Lotus), Riad Asmat (Caterham) və Martin Uitmarş (McLaren) əvəz edəcəklər.

Şənbə və bazar günləri isə adətən sıralanma turu və yarışın ilk üçlüyünə verilir...

 

FİA arxa antiqanadın hərəkətli elementinin - DRS sisteminin Sepanq avtodromunda istifadə zonasını təyin edib. Malayziya trası ötməyə imkan verir, ona görə də bu dəfə FİA yarışın gedişində yalnız bir DRS aktivləşmə zonası ilə kifayətlənməli olub.

Keçən il olduğu kimi, maşınlar arasındakı intervalın ölçülmə nöqtəsi sonuncu 15-ci döngəyə 207 metr qalmış yerləşir, birbaşa bu döngədən 5 metr sonra isə DRS-dən istifadə zonası başlayır...

Malaysian grand prix (online TV live)

Dözülməz isti və tropik leysan yağışlar... Proqnozlara görə yağış yağması ehtimalı çoxdur...

Sepanq böyük yarış kompleksidir, burada gözəl və elektronika ilə dolu olan tras, üstübağlı tribunalar, 500 jurnalist üçün nəzərdə tutulmuş daxili telekanal və mətbuat mərkəzi yerləşir. Sepanqa qədər Formula1-də belə şeylər yox idi, sonra isə bu kompleksi nümunə kimi götürməyə başladılar...

Malaysian grand prix (online TV live)

Sepanqda maşınlar asfalta yatma qüvvəsinin orta səviyyəsinə sazlanırlar, dövrənin 64%-i qaz pedalını tam basmaqla qət edilir, ona görə də çox şey motorun etibarlılığından asılıdır. Sürücülər üçün də ağır yarışdır - onların hər biri 2-2.5 kq çəki itirəcəklər.

Pirelli Malayziyaya ən bərk təkərlərini - Hard və Medium tərkiblərini gətirəcək, hava proqnozu isə yüksək ehtimalla yağış yağmasını vəd edir, ona görə də yağış və keçid təkərlərindən də istifadə oluna bilər.

Son 10 ildə bu trasda 7 pilot qalib gəlib, son iki yarış isə Red Bull sürücülərinin üstünlüyü ilə keçib...

 

XƏBƏR LENTİ