Qazaxıstandan dörd medalla

Sayta qoyulub: 07:03 02.11.2012 (186 dəfə oxunub)

 

Qazaxıstanın Taldıkurqan şəhərində boks üzrə gənclər arasında "Jetısu kuboku" yarışına yekun vurulub. 11 çəki dərəcəsi üzrə keçirilən turnirdə 234 gənc dəri əlcək ustası qələbə uğrunda mübarizə aparıb.
 
Baş məşqçi Şamil Alimcanovun rəhbərliyi altında komandamız turnirdə 13 idmançı ilə təmsil olunub. Yığmamız yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub. 60 kq çəki dərəcəsində gücünü sınayan Nəsrəddin Məmmədov bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 81 kq çəki dərəcəsində yarışan gənclər arasında Avropa çempionu Rauf Rəhimov yalnız finalda uduzaraq 2-ci yerə layiq görülüb. Boksçumuz həlledici görüşdə Qazaxıstan nümayəndəsi Dyusalıya 8:12 hesabı ilə uduzub.
 
Daha iki boksçumuz - Pərviz Bağırov (69 kq) və Rahil Məmmədli (91 kq) turniri 3-cü yerdə başa vurub. Qeyd edək ki, gənclər arasında Avropa çempionu olan Bağırov bu yarışda yeni çəkidə özünü sınayıb. Boksçumuz buna qədər 64 kq çəki dərəcəsində döyüşürdü.
 
Xatırladaq ki, bu il gənclər arasında ən önəmli yarış noyabrın 25-dən dekabrın 8-dək Ermənistanın paytaxtı Yerəvanda keçiriləcək dünya birinciliyidir.
  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ