Taekvondo üzrə Bakı birinciliyi keçiriləcək

Sayta qoyulub: 14:46 02.11.2012 (263 dəfə oxunub)

 

Noyabrın 4-də "Musado" idman klubunda taekvondo üzrə Bakı şəhər birinciliyi keçiriləcək.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Taekvondo Federasiyasının (ATF) birgə təşkil etdiyi paytaxt çempionatı kişi və qadınlar arasında 8 çəki dərəcəsi üzrə olacaq.

Federasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, böyüklərdən ibarət seçmə komanda isə mötəbər beynəlxalq turnir ərəfəsindədir. Noyabrın 10-11-də Lozannada "Swiss Open"-ə 12 idmançımız yollanacaq. Baş məşqçi, respublikanın əməkdar məşqçisi Ələkbər İmaməliyev və digər əməkdar məşqçi Gündüz Abdullayevin rəhbərlik etdiyi milli komandamız son hazırlıqları ATF-in zalında keçirir.

Qarşıdakı yarışda kişilərdən Pərvin Əliev (-58 kq), Samir Cavadlı (-58 kq), Namaz Heydərov (-68 kq), Fariz Əliyev (-68 kq), Ramin Əzizov (-80 kq), Elvin Məmmədov (-80 kq), Ceyhun Həsənli (+80 kq) və Bayraməli Vəliyev (+80 kq) iştirak edəcək. Qadınlardan isə Xəyalə Quliyeva (-49 kq), Türkanə Rahirli (-49 kq), Günay Ağakişiyeva (-57 kq) və Səbinə Mikayılova (-57 kq) mübarizəyə qatılacaq.

İsveçrədə "A" kateqoriyalı beynəlxalq turnir olimpiya çəki dərəcələri üzrə keçiriləcək

XƏBƏR LENTİ