“Dinamo”nun baş məşqçisi: Azərbaycanda voleybola böyük pullar xərclənir

Sayta qoyulub: 11:25 24.03.2012 (216 dəfə oxunub)

“Dördlər finalı”na 100 faiz hazır olduğumuzu deyə bilərik. Bütün oyunçularımız sağlamdır, optimal formadadırlar. Biz bu finala uzun yol qət edib gəldik və indi daha yüksəyə çıxmağı çox arzulayırıq”-- bunu Rusiyanın “Dinamo” voleybol klubunun baş məşqçisi Rişat Qilyazutdinov deyib.

“Azərreyl”i Çempionlar Liqasından kənarlaşdıran Kazan təmsilçisinin çalışdırıcısı Bakıda təşkil olunacaq “Dördlər finalı” ilə bağlı fikirlərini açıqlayıb. Onun sözlərinə görə, bu gün keçiriləcək “Fənərbaxça” ilə matça tam hazırdırlar. Qilyazutdinov son bir ayda paytaxtımıza ikinci səfəri ilə bağlı təəssüratlarını bölüşüb: “Ötən dəfə digər zalda oynamışdıq. İndi yeni şəraitə uyğunlaşırıq. Buradakı meydança qeyri-adidir, ancaq eybi yoxdur, bu normaldır. İndi Bakıda hava sərindir, bunun bizə az aidiyyatı var. Çünki vaxtımızın çoxunu oteldə və zalda keçiririk və bu zaman kənar amillərə diqqət yetirmirik. Əgər məhz voleybol matçlarının keçirilməsindən danışırıqsa, bu, elə də rahat arena deyil. Biz başqasına öyrəşmişik. İşıqlandırma fərqlidir, üstəlik tribunlar da qaranlıqdır. Hər halda nəyin yaxşı, nəyin pis olduğunu yalnız oyun göstərəcək”.

Ruslar hesab edir ki, “Azərreyl”lə Bakıdakı bir ay öncəki matç zamanı tribunlar tərəfindən yetərincə təzyiq hiss ediblər. İndi belə təəssürat yaranıb ki, yerli komanda olmadan “Dördlər finalı” yenə belə populyarlıq kəsb edəcək. Baş məşqçi bunu belə deməyin çətin olduğunu söyləyib: “Mənə müqayisə aparmağa bir şey yoxdur. Ancaq ümid bar ki, azarkeş istənilən halda tribunaya gələcək. Azərbaycanda voleybol çox populyardır. Burada həmin idman növünə böyük pullar xərclənir, belə şəraitdə isə əzmkarlıq yaranır. Son 2 mövsümdəki nəticələrə baxın. Elə bu ildə də misal üçün “Celenc Cup”da finala 2 Bakı komandası çıxıb. Bu yüksək göstəricidir”.

Qeyd edək ki, “Fənərbaxça” – “Dinamo” matçı bu gün saat 19:00-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək.

XƏBƏR LENTİ