Macarıstan yığması mayda Bakıya gələcək

Sayta qoyulub: 13:32 24.03.2012 (261 dəfə oxunub)

Qadın həndbolçular arasında Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının Macarıstan yığması ilə qarşılaşacağı tarix müəyyənləşib. Rəfiqə Şabanovanın yetirmələri rəqiblərini mayın 30-da qəbul edəcəklər. 

ABU-Arenada baş tutacaq görüş saat 17:00-da başlayacaq.

Qeyd edək ki, qrup mərhələsində 3 oyun keçirən yığmamız hələ də qələbə qazana bilməyib. Macarlar isə ilk matçda komandamıza 41:19 hesabı ilə qalib gəliblər.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ