Böyükağa Hacıyev XL-la oyundan danışıb, Qarabağa mesaj göndərdi

Sayta qoyulub: 15:46 24.03.2012 (196 dəfə oxunub)

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 25-ci turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Paytaxt klubunun çalışdırıcısı komandasının 1:1 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:

“Bu gün meydanda çoxlu səhvlərə yol verdik. Amma belə matçlarda bunlar olur. Təəssüf ki, qolu da qapıçımızın səhvi nəticəsində buraxdıq. Bu azmış kimi, Flavinyo da penaltidən yararlana bilmədi. Növbəti oyuna kimi toparlanmaq lazımdı. Qələbə qazanmağa çalışacağıq”.

Qeyd edək ki, “Neftçi”nin növbəti turdakı rəqibi “Qarabağ” olacaq.

XƏBƏR LENTİ