Yunis Hüseynov: Bakıyla oyunla müqayiəsədə bu gün daha yaxşı çıxış etdik

Sayta qoyulub: 15:47 24.03.2012 (126 dəfə oxunub)

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 25-ci turunun “Neftçi” ilə oyununu şərh edib.  Lənkəran klubunun çalışdırıcısı komandasının 1:1 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:

“Yaxşı, gərgin oyun alındı. Qələbə qazanmaq istəyirdik. “Bakı”ya qarşı keçirdiyimiz son oyunla müqayisədə bu gün daha yaxşı çıxış etdik. Təəssüf ki, qələbə qazanmağı bacarmadıq. Rikardo Qomesə gəlincə, hazırda onun artıq çəki ilə bağlı problemi var. Çünki bir müddət komandadan ayrı qalıb. Amma bütövlükdə, pis futbolçu deyil”.

XƏBƏR LENTİ