Novruz Əzimov: Bakı işini daha da çətinləşdirdi

Sayta qoyulub: 15:47 24.03.2012 (165 dəfə oxunub)

“Bakı”nın məşqçisi Novruz Əzimov Premyer Liqanın 25-ci turunun “Qarabağ”la oyununu şərh edib.Paytaxt klubunun çalışdırıcısı komandasının 1:2 hesabı ilə məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:

“İlk “altılıq”dakı oyunlar gərgirn keçir. Əgər bu gün udsaydıq, yüksək yerlər uğrunda mübrizə aparmaq şansımız yaranacaqdı. Amma məğlubiyyət işimizi çətinə saldı. Amma bu o demək deyil ki, bundan sonrakı oyunlara ciddi yanaşmayacağıq. Əksinə bütün görüşlərdə sonna qələr mübarizə aparacağıq. Bugünkü qarşılaşmanın dönüş nöqtəsi oyunun sonlarına yaxın Kokenin penaltini dəqiq vura bilməməsi oldu. Penalti qol olsaydı, nəticə də başqa cür olacaqdı”.

XƏBƏR LENTİ