Azərbaycan taekvondoçuları Türkiyədən beş medalla qayıtdılar

Sayta qoyulub: 08:34 07.11.2012 (180 dəfə oxunub)

 

Türkiyədə müxtəlif yaş qrupları üzrə beynəlxalq turnirdə iştirak edən Azərbaycan taekvondoçuları 5 medal qazanıblar.  “Neftçi” İdman Sağlamlıq Mərkəzinin idmançıları 2 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olublar.
 
Məşqçi Etibar İbrahimovun yetirmələrindən Anar Aslanov (39 kq) və Təranə Məmmədova (49 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Vüsal Namazov (68 kq) və Nərminə Məmmədova (49 kq) gümüş medal qazanıblar. Samir Novruzov (58 kq) isə turniri üçüncü pillədə başa vurub.
 
Beynəlxalq turnirində yerli taekvondoçularla yanaşı, Azərbaycan, İran və Gürcüstandan olan 160-dan artıq idmançı 16 çəki dərəcəsində mübarizə aparıb.
 
Azerisport.az 

XƏBƏR LENTİ