Qurban Qurbanov: Nəticədən razı, oyunumuzdan narazıyam

Sayta qoyulub: 15:48 24.03.2012 (169 dəfə oxunub)

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 25-ci turunun “Bakı” ilə oyununu şərh edib. Ağdam klubunun çalışdırıcısı komandasının 2:1 hesabı ilə qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:

“Bakı”yla əvvəlki qarşılaşmalara nisbətən bu matçın daha çətin keçəcəyini bilirdik. Ona görə də taktikanı dəyişmişdim. Üç xal qazansaq da, oyunumuzdan razı qalmadım. Müəyyən səhvlər buraxdıq ki, bunun aradan qaldırılması üzərində işləməliyik”.

XƏBƏR LENTİ