“ Neftçi”də daha bir futbolçunun “qələmi qırıldı”

Sayta qoyulub: 18:33 24.03.2012 (334 dəfə oxunub)

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev daha bir futbolçunu qara siyahısına salıb.

Təcrübəli mütəxəssis Denis Silva, Alessandro Viana da Silva, Rəşad Abdullayevdən sonra bu dəfə serbiyalı qapıçı Saşa Stamanekoviçdən narazı qalıb. Belə ki, Böyükağa Hacıyevin iddiasına görə, “Xəzər Lənkəran”la oyunda “Neftçi”nin qapısına vurulan qolda Saşanın səhvi varmış. Odur ki, Hacıyev növbəti qarşılaşmalarda Rauf Mehdiyevə şans verəcəyini istisna etməyib: “Qol epizodunda Stamenkoviçin səhvi vardı. Növbəti oyunda qapıda Rauf Mehdiyevə şans verəcəyəm".

Mənbə: futbol11.az

XƏBƏR LENTİ