Boksçularımız Özbəkistandan 6 medalla qayıdır

Sayta qoyulub: 12:42 11.11.2012 (162 dəfə oxunub)

Özbəkistanın Çirçik şəhrində boks üzrə yeniyetmələr arasında beynəlxalq turnirə yekun vurulub. Boks Federasiyasından verilən məlumata görə, Azərbaycan milli komandası yarışda 4 qızıl və 2 gümüş medala layiq görülüb. 

46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Şamil İbrahimzadə də (60 kq) komanda yoldaşının uğurunu davam etdirib. O, da yarışı birinci yerdə başa vurub. 66 kq çəki dərəcəsində yarışan Hüseyn Tarverdili vətənə qızıl medalla dönüb. Elvin Məhərrəmov da (70 kq) Özbəkistanda bütün rəqibləri üzərində qələbə qazanıb. 

İki boksçumuz – Pərviz Quliyev (52 kq) və İlkin Əlibəyli (54 kq) yalnız finalda uduzaraq, 2-ci yerlə kifayətləniblər.
 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ