"Baku Fires" heyətini açıqladı

Sayta qoyulub: 07:44 12.11.2012 (181 dəfə oxunub)

 

Azərbaycanın WSB Liqasındakı təmsilçisi “Baku Fires” 2012-2013-cü illər mövsümü üçün heyətini açıqlayıb. Heyətdə ən təcrübəli boksçu Rusiya milli komandasının üzvü, dünya və Avropa çempionu Albert Səlimovdu.
Milli komandamızın üzvü, Avropa çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə də bu il WSB Liqasında debüt edəcək. Gənclər arasında Avropa çempionları Pərviz Bağırov və Rauf Rəhimov da heyətə salınıblar. Ötən mövsüm WSB Liqasının fərdi yarışlarının qalibi olmuş Qairbek Qermaxanov və Ramazan Məhəmmədov yenə də “Baku Fires”in uğurları üçün çalışacaqlar.
 
54 kq
Cavid Çələbiyev (Azərbaycan)
Qairbek Qermaxanov (Azərbaycan)
Maqomed Qurbanov (Rusiya)
Elvin Məmişzadə (Azərbaycan)
Orzubek Şayimov (Özbəkistan)
 
61 kq
Pərviz Bağırov (Azərbaycan)
İsa İsayev (Azərbaycan)
Albert Səlimov (Rusiya)
Orxan Şahbəndiyev (Azərbaycan)
Xurşid Tocibayev (Özbəkistan)
Məhəmmədəli Ukayev (Azərbaycan)
 
73 kq
Kamil Axmedov (Azərbaycan)
Jaba Xositaşvili (Gürcüstan)
Xaybula Musalov (Azərbaycan)
Məhəmməd Nuridinov (Belarus)
Mixail Veselov (Belarus)
 
85 kq
Vladimir Çeles (Moldova)
İaqo Kiziria (Gürcüstan)
Ramazan Məhəmmədov (Azərbaycan)
Əzəmət Murtuzəliyev (Azərbaycan)
Arslan Musayev (Azərbaycan)
Rauf Rəhimov (Azərbaycan)
Rahib Məmmədli (Azərbaycan)
 
91+kq
Əshab Abdulxalikov (Azərbaycan)
Uzeypat İsmayılov (Azərbaycan)
Hacı Murtuzəliyev (Azərbaycan)
 
“Baku Fires”i döyüşlərə baş məşqçi Nuripaşa Talibov və məşqçi Əsgər Eyvazov hazırlayacaq.
 
 
Qeyd edək ki, komandamız A qrupunda Rusiyanın “Dinamo”, Əlcəzairin “Desert Hawks”, Argentinanın “Argentina Condors”, Meksikanın “Mexico Guerreros”və Polşanın “Hussars Poland” klubları ilə yarışacaq. “Baku Fires” ilk görüşünü noyabrın 17-də Sərhədçi İdman Olimpiya Mərkəzində Argentina təmsilçisinə qarşı keçirəcək.
  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ