Beynəlxalq Сüdo Federasiyası noyabr ayı üçün yeni reytinq cədvəlini açıqladı

Sayta qoyulub: 18:58 12.11.2012 (203 dəfə oxunub)

 

Beynəlxalq Сüdo Federasiyası noyabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb. Yeni cədvəldə Azərbaycan millisinin üzvlərindən Qran-prinin son qalibi Nicat Şıxəlizadə (66 kq) irəliləyib. O, 26-cı yerə yüksəlib.
 Təmsilçilərimizdən ən yaxşı nəticə isə Olimpiya çempionu Elnur Məmmədliyə (81 kq) məxsusdu. Belə ki, cüdoçumuz 4-cü pillədə qərarlaşıb. İlqar Müşkiyev (60 kq) və Kifayət Qasımova (57 kq) da ilk onluqda yer alıblar. Onlar müvafiq olaraq 8-ci və 10-cu yerdədirlər.
 Digər cüdoçularımıza gəlincə, Tərlan Kərimov (66 kq) 18-ci, Rüstəm Orucov (73 kq) 17-ci, Elxan Məmmədov (90 kq) 11-ci, Elmar Qasımov (100 kq) 22-ci və Ramilə Yusubova (63 kq) 17-ci pillədə qərarlaşıb.
  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ