Bakıda tələbələr arasında 5-ci dünya çempionatı başlayır

Sayta qoyulub: 10:07 13.11.2012 (287 dəfə oxunub)

 

Noyabrın 13-də Bakı İdman Sarayında tələbələr arasında boks üzrə sayca 5-ci dünya çempionatı start götürəcək. Artıq 9 ölkənin - Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan, Moldova, Nigeriya, Tacikistan, Gürcüstan və Estoniyanın bu yarışda iştirak edəcəkləri rəsmən təsdiqlənib. Yarışın açılış mərasimi noyabrın 13-də saat 17.00-da başlayacaq. Final görüşləri noyabrın 18-də saat 14.00-da start götürəcək. Noyabrın 17-də “Baku Fires” klubu WSB liqasında Argentina komandası ilə Bakıda qarşılaşacağından, həmin gün yarışda istirahət günüdü.
 Lənkərandakı təlim-məşq toplanışını başa vuran milli komandamız artıq Bakıya dönüb. Yığmamızın heyətində Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədovla yanaşı, London Olimpiadasının iki iştirakçısı da var. Avropa çempionu Salman Əlizadə və qitə çempionatının mükafatçısı, təcrübəli Samir Məmmədov da heyətə daxil edilmişdir. S.Məmmədov bu dəfə yeni çəki dərəcəsində mübarizə aparacaq.
 Yığmamızın heyətində Salman Əlizadə (49 kq), Samir Məmmədov (52 kq), Cavid Çələbiyev (56 kq), Şaban Şahpələngov (60 kq), Heybətulla Hacəliyev (64 kq), Tamerlan Abdullayev (69 kq), Emin Əhmədov (75 kq), Vətən Hüseynli (81 kq), Teymur Məmmədov (91 kq) və Kamran Mehdiyev (91 kq-dan yuxarı) yer alıblar.
  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ