Ronaldo Puyolun sevgilisi ilə eşq yaşayır

Sayta qoyulub: 21:27 24.03.2012 (623 dəfə oxunub)

 

"Real" (Madrid) klubunun ulduz futbolçusu Kriştiano Ronaldo yenidən diqqət mərkəzinə düşüb.

 İspaniya mətbuatının  verdiyi məlumata görə, portuqaliyalı futbolçu "Barselona"nın kapitanı Karles Puyolun keçmiş sevgilisi Malena Kosta ilə eşq yaşayır.

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən CSKA (Moskva) komandasıyla (4:1) oyundan sonra komanda yoldaşları Ramos, İquain və Arbeloa ilə birgə MOMA adlı gecə klubuna gedən Ronaldo Malena ilə rəqs etməyə başlayıb. Səhər saat 6:30-a qədər Malena ilə əylənən və öpüşən Ronaldo daha sonra sevgilisi ilə birgə futbolçunun evinə yollanıblar.

Qeyd edək ki, 22 yaşlı Malena İspaniyanın tanınmış manikenlərindən sayılır.

XƏBƏR LENTİ