“Azərbaycanlı futbolçular ilbəil vəhşiləşirlər”

Sayta qoyulub: 13:15 25.03.2012 (205 dəfə oxunub)

“Azərbaycan çempionatının oyunlarını izləyirəm. Hərdənbir bizim komandalara, futbolçulara məəttəl qalıram. Bizim oyunçular, komandalar ilbəil vəhşiləşirlər. Elə bil dost deyillər, düşməndirlər”.


Bu sözləri “futbol11.az” saytına açıqlamasında “Neftçi” klubunun sabiq qapıçısı və rəisi, AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılov deyib.



Təcrübəli futbol adamı futbolçular arasında yaşanan düşmənçiliyi, hadisələrin çərçivədən çıxmasını qəbul etmədiyini bildirib: “Çempionatın əsas məqsədi Azərbaycan yığmasına oyunçuların hazırlanması və daha güclülərin meydana çıxarılması, seçilməsi. Lakin çoxu bunu başa düşmək istəmir və nəyin bahasına olursa, olsun qələbə qazanmaq istəyir”.

XƏBƏR LENTİ