Amit Quluzadə əvəzləndi, komandası uduzdu

Sayta qoyulub: 16:41 25.03.2012 (167 dəfə oxunub)

Azərbaycan yığmasının futbolçusu Amit Quluzadə bu gün Türkiyədə növbəti oyununu keçirib.

 20 yaşlı yarımmüdafiəçi “Ərciyyəspor”un heyətində Bank Asiya I divizionda "Akhisar" la səfər matçında əsas heyətdə meydana çıxıb. Amit 73-cü dəqiqədə əvəzlənib ki, komandası məhz bundan sonra 2 qol buraxaraq, 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, Quluzadənin komandası 36 xalla turnir cədvəlində 8-ci yerdə gedir

XƏBƏR LENTİ