Fənərbağça Bakıda Çempionlar Liqasının qalibi oldu

Sayta qoyulub: 16:45 25.03.2012 (212 dəfə oxunub)

Bu gün voleybolçu qadınlardan ibarət klublar arasında Çempionlar Liqasının dördlər finalına yekun vurulub.  Azərbaycanın ev sahibliyi etdiyi turnirdə qalib adı uğrunda “Kann” (Fransa), “Villa Korteze” (İtaliya), “Fenerbahçe” (Türkiyə) və “Dinamo” (Kazan, Rusiya) klubları mübarizə aparırdı.

Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunan yarışın final görüşü “Kann” və "Fenerbahçe" arasında keçirilib. Qardaş ölkə təmsilçisi daha inamlı oyunla ÇL-in qalibi adını qazanıb.

Ötən gün baş tutan yarımfinal matçlarında məğlub olmuş “Villa Korteze” ilə Kazan “Dinamo”su isə üçüncü yer uğrunda mübarizə aparıblar. Rusiya təmsilçisi bürünc medallara sahib çıxıb.

Qeyd edək ki, ötən gün baş tutan yarımfinal oyunlarında “Kann” “Villa Korteze”ni, “Fenerbahçe” isə “Dinamo”un 3:1 yenərək, finala vəsiqə qazanmışdı.

Voleybol
Çempionlar Liqası

Final
Kann – Fenerbahçe - 0:3 (14:25, 22:25, 20:25)

3-cü yer uğrunda oyun
Villa Korteze - Dinamo - 1:3 (13:25, 17:25, 26:24, 23:25)

XƏBƏR LENTİ