Ingiltərə futbolunda görünməmiş hesab

Sayta qoyulub: 17:53 25.03.2012 (399 dəfə oxunub)

 İngiltərənin “Uil Pauer” futbol komandası bir oyun ərzində mütləq məhsuldarlıq rekordunun sahibi olub. Sportnews.az-ın “Daily Mail”ə istinadən verdiyi məlumata görə, “Uil Pauer” həvəskarlar liqasının oyununda “Nova 2010”u 58:0 hesabı ilə məğlub edib. 
Belə hesab İngiltərə futbolunda indiyədək qeydə alınmayıb. “Nova 2010”un biabırçı məğlubiyyətinin səbəbi oyuna cəmi 5 futbolçu ilə başlaması olub. Düzdür, bu komanda sonradan təcili surətdə daha 4 oyunçunu da heyətinə qatıb. Lakin yenilərin oyunu meydanda demək olar ki, hiss olunmayıb.

“Uil Pauer” fasiləyə 20:0 hesablı üstünlüklə çıxıb. İkinci yarıda “Nova 2010” yorğunluq səbəbindən daha 38 top buraxıb. Hesab 50:0 olarkən, məğlub tərəf baş hakimdən oyunu dayandırmağı xahiş edib. Lakin referi oyunçuları vaxtından əvvəl meydançanı tərk edəcəkləri halda cərimə ilə hədələyib.

Qeyd edək ki, “Uil Pauer” də oyuna tam heyətlə yox, 10 futbolçu ilə çıxıb. Qollardan 28-ini Robbi və Stüart Bauker qardaşları vurub.

XƏBƏR LENTİ