Mirça Rednik yenidən Lənkəranda!

Sayta qoyulub: 18:55 25.03.2012 (350 dəfə oxunub)

 

“Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi, yerli azarkeşlərin sevimlisi ruminiyalı Mirça Rednik yenidən Azərbaycana gəlir.  Amma budəfəki səfər işlə bağlı deyil.

 

“12-cioyuncu”nun yaydığı məlumata görə, aprelin 10-da 50 yaşını qeyd edəcək ruminiyalı çalışdırıcının şərəfinə şəhərdə futzal turniri keçiriləcək. Turnirin təşkilatçısı Vaqif Rəşidovdur. Buna qədər müxtəlif turnirlər keçirmiş Rəşidov minlərlə azarkeşin sevimlisi olan Rednikə təşəkkürünü bu yolla bildirmək istəyir.

Artıq təşkilatçı şəxs şərəfinə keçiriləcək futzal turnirinə dəvət də edilib. Onun aprelin 9-da Lənkərana gələcəyi və qalibləri mükafatlandıracağı gözlənilir.

XƏBƏR LENTİ