Hövsanda üzgüçülük üzrə Azərbaycan çempionatı başlayıb

Sayta qoyulub: 20:22 06.03.2012 (541 dəfə oxunub)

 

 

 

Hövsanda üzgüçülük üzrə Azərbaycan çempionatı başlayıb

 

Dünəndən başlayaraq Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə qış Azərbaycan çempionatına start verilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sportnews.az-a verilən məlumata görə, çempionatda Bakı, Sumqayıt, Gəncə, Göyçay şəhər və rayonlarının, o cümlədən "Təhsil" Respublika İdman Mərkəzinin, Dövlət Bədən tərbiyyəsi və İdman Akademiyasının, Neftçi İSM-in, Sərhədçi Olimpiya İdman Kompleksinin, Ordu İdman Klubunun, Xətai Uşaq Gənclər İdman Məktəbinin komandaları da iştirak edirlər.

Yarışlar hər gün saat 10:00-dan başlayır. Yarışın bağlanış və mükafatlandırma mərasimi 7 mart saat 12:00 da keçiriləcək.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ