Maradona:"Messi kompyuterdəki futbolçulardandır."

Sayta qoyulub: 20:01 25.03.2012 (484 dəfə oxunub)

Maradona:"Messi kompyuterdəki futbolçulardandır."

Dieqo Maradona hər zaman diqqət mərkəzindədir.Bu dəfə o BƏƏ FF-da kubok oyununda baş verən insidentə görə araşdırmada iştirak edib.ƏlVəsl və Əl Əhli komandaları arasında keçirilən oyunda Kike Flores , Dieqo Maradona və Nasser arasında insident yaşanmışdı.

Fürsətdən istifadə edən media Maradonaya bir neçə sual veriblər.Dieqonun cavabları isə hər zaman maraqlı olub:"Messi kompyuter oyunlarındakı futbolçulara bənzəyir.Onun meydanda düşüncə tezliyinə qibtə edilməlidir. O ki, qaldı İtaliya məhkəməsinin vergi haqqında söylədiklərinə , mən onlara borclu deyiləm.Mən vergi ödəyicisi deyiləm" 

XƏBƏR LENTİ