“Sərhədçi”də 2 mətbuat konfransı

Sayta qoyulub: 23:04 25.03.2012 (198 dəfə oxunub)

Azərbaycan və Rusiya futzal yığmalarının baş məşqçiləri mətbuat konfransı keçirəcəklər. Rəqibin çalışdırıcısı Sergey Skoroviç bu gün saat 10:45-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində jurnalistlər qarşısına çıxacaq. Saat 12:00-da isə həmin məkanda millimizin mətbuat üçün açıq məşqi, bundan sonra braziliyalı çalışdırıcımız Joze Alesio Da Silvanın mətbuat konfransı olacaq.

Qeyd edək ki, martın 27-də saat 21:00-da “Sərhədçi”də Azərbaycan və Rusiya milliləri arasında futzal üzrə dünya çempionatının play-off mərhələsinin ilk oyunu keçiriləcək.

XƏBƏR LENTİ