Böyükağa Hacıyev “Neftçi”ni söz-söhbətsiz ailə sayır

Sayta qoyulub: 12:49 26.03.2012 (235 dəfə oxunub)

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev açıqlama verib. Təcrübəli məşqçi "Xəzər Lənkəran"la oyun barədə fikirləri bildirib: "Xəzər Lənkəran"la oyun gərgin alındı. Qarşılaşmanın gedişində bir neçə dəyişiklik etdim. İkinci hissədə Rəşad Abdullayevi Cavid Hüseynovla əvəzlədim. Əlbəttə Rəşad sona kimi meydanda olub komandaya kömək etmək istəyirdi. Bunanla belə o da bütün futbolçular kimi qərarıma hörmətlə yanaşdı. Futbolçular bütün tapşırıqlarımı canla başla yerinə yetirir. Oyuna isə yalnız bir məqsədlə çıxırıq-qələbə üçün. "Neftçi" ailəsində heç bir söz-söhbət ola bilməz. Uğurlu çıxışımızın da səbəbi bu birliyimizdir".

XƏBƏR LENTİ