Taekvandoçularımız Paris Open turnirinə yollanır

Sayta qoyulub: 08:44 28.11.2012 (242 dəfə oxunub)

 

Azərbaycan taekvondoçuları 2012-ci ilin son beynəlxalq turnirində iştirak etmək üçün noyabrın 29-da Parisə yollanacaqlar. Baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi altında gənclərdən ibarət seçmə komandanın 5 üzvü Fransanın paytaxtında keçiriləcək “Paris Open” açıq beynəlxalq turnirində iştirak edəcək.
Dekabrın 1-2-də keçiriləcək yarışda idmançılarımızdan Babək Əjdərli (48 kq), Əli Axundov (55 kq), Ayxan Tağızadə (63 kq), Səid Quliyev (73 kq) və Elnur Məhərrəmov (73 kq-dan yuxarı) mübarizə aparacaqlar.
Turnir olimpiya çəki dərəcələrində keçiriləcək.

XƏBƏR LENTİ