Abdullayev baş məşqçisinin daha bir məharətini üzə çıxardı

Sayta qoyulub: 12:50 26.03.2012 (232 dəfə oxunub)

"Neftçi"nin futbolçusu Rəşad Abdullayev "Xəzər Lənkəran"la oyun haqqında danışıb: "Xəzər Lənkəran"la oyunda 70 dəqiqə meydanda oldum. Çıxışıma məşqçilər qiymət verir. Əgər əvəzlənmişəmsə deməli buna ehtiyac olub. Sadəcə hamı kimi mən də belə vacib oyunda 90 dəqiqə meydanda olub komandamıza kömək etmək istəyirdim. Baş məşqçimiz Böyükağa Hacıyevin qərarlarına həmişə hörmətlə yanaşıram. O, güclü mütəxəssis olmaqla yanaşı həm də yaxşı psixoloqdu. Bir sözlə əla kollektivə malikik. Inanıram ki, mövsümün sonunda çempionluğu biz bayram edəcəyik".

XƏBƏR LENTİ