Cavadovun Bəhram Bağırzadəyə cavabı günlər sonra gəldi: “O kimdir axı...” – Özəl

Sayta qoyulub: 12:51 26.03.2012 (305 dəfə oxunub)

Tanınmış KVN ustası və rejissor Bəhram Bağırzadənin “Qarabağ”ın futbolçusu Vaqif Cavadovla bağlı səsləndirdiyi fikirlər kifayət qədər ajiotaj yaratdı. Belə ki, Bağırzadənin: “mən sadəcə bilirəm ki, İsgəndər Cavadovun belə bir qardaşı oğlu var. Vaqif Cavadov adında futbolçu isə tanımıram”, deməsi uzun müzakirələrə yol açdı.



Lakin nə Vaqif Cavadov, nə də ki atası Füzuli Cavadov bu məsələyə reaksiya verdilər. Hadisədən günlər keçdikdən sonra Vaqifin atası, “Neftçi”nin sabiq oyunçusu, Füzuli Cavadovun Bağırzadəyə cavabı gəldi. O, “futbol11.az” saytına açıqlamasında Bağırzadəni yersiz və lazımsız açıqlamada günahlandırdı:

“Mən bu açıqlama ilə tanış olarkən ilk olaraq, KVN-in kapitanı, rəhmətlik Anar Məmmədxanovu xatırladım. Anar müəllim Almaniya ilə oyundan sonra demişdi ki, uduzsaq da yaxşı oynadıq və Vaqif Cavadovun çıxışı xüsusi ilə xoşuma gəldi. Anar Məmmədxanov ilə yanaşı, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev də Vaqif haqqında məlumatlıdır. Bununla yanaşı, “Bakı”nın prezidenti, tanınmış iş adamı Hafiz Məmmədov da oğlum haqqında yaxşı düşüncədədir. Hafiz müəllim Vaqifə dedi ki, mən səni Qyoko Haciyevskinin vaxtından öz komandamda görməyi arzulayırdım. Əgər KVN-in kapitanı Anar müəllim, “Bakı”nın prezidenti Hafiz Məmmədov, eləcə də İlham Əliyevin qızı Leyla xanım Vaqifi dəstəkləyir, Andrey Arşavinlə birgə fotosesiyaya dəvət edirsə, hansısa KVN-çi onu tanımadığını deyirsə, bu sadəcə bir piardır. O, kiminsə fitvasına gedib, nəsə edir. Onun açıqlaması böyüklərə hörmətsizlikdir. Bəhram kimdir axı???. Əlində bayraq gah KVN-də olur, gah futbolda, gah da beyzbolda!”


Füzuli Cavadov hesab edir ki, Vaqif Cavadov öz zəhməti sayəsində hamının hörmətini qazanıb və tanınır:

“Ölkə prezidenti bizi tanımasaydı, qardaşım İsgəndər Cavadova “Şöhrət orden”i verməzdi. Vaqif də öz əməyi sayəsində tanınır. Əgər tanımasaydılar, Arşavinlə birgə fotosesiyaya dəvət etməzdilər. Bəhramın açıqlaması sadəcə yersiz və mənasızdır”.

XƏBƏR LENTİ