Cüneyt Biçər “Xəzər Lənkəran”dan imtina etdi

Sayta qoyulub: 12:52 26.03.2012 (286 dəfə oxunub)

Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk göüşündə “İnter”ə məğlub olan “Xəzər Lənkəran”ın baş məşqçisi postunda dəyişiklik oldu. Türkiyəli Cüneyt Biçəri Yunis Hüseynov əvəzlədi. Adətən baş məşqçi postundan göndərilən şəxs tez bir zamanda ölkəmizi də tərk edir. Amma Biçər klubda qalıb, fəaliyyətini davam etdirəcək. Onun əvvəlki kimi aşağı yaş qruplarında çalışacağı gözlənilir. Rəhbərlik hətta əvəzedici heyəti də türkiyəlinin ixtiyarına vermək istəyib. İlhan Akgülün qovulmasından sonra Biçərə bu dəfə əvəzedicilərin baş məşqçisi olmaq təklif olunsa da, o, razılaşmayıb.

Gənc məşqçi  fikrini belə əsaslandırıb: “Təklifi qəbul etməməyimin səbəbləri var. Çünki əvəzediciləri aşağı yaş qruplarına aid etmək olmaz. Çünki bu çempionatda legionerləri də oynatmaq olur”.

XƏBƏR LENTİ