İrəvanda dünya birinciliyi start götürdü

Sayta qoyulub: 12:22 29.11.2012 (213 dəfə oxunub)

Ermənistanın paytaxtı İrəvanda boks üzrə gənclər arasında dünya birinciliyinə start verilib. Karen Dəmirçiyan adına İdman-Konsert Komleksində keçirilən yarışda 71 ölkənin 406 boksçusu mübarizə aparır. Azərbaycan milli komandası turnirdə 7 idmançı ilə təmsil olunur. 52 kq çəki dərəcəsinda yarışan Tural Əhmədov ilk döyüşünü noyabrın 30-da norveçli Hadi Sroura qarşı keçirəcək. Nəsrəddin Məmmədov (56 kq) ilk döyüşdəcə Ermənistan nümayəndəsi ilə qarşı-qarşıya gələcək. Onun rəqibi Taron Soghomonyan olacaq. Gənclər arasında Avropa çempionu Pərviz Bağırov ilk döyüşünə dekabrın 1-də çıxacaq. Boksçumuz  Deepak Tanvar (Hindistan) – Hikaru Okişima (Yaponiya) cütünün qalibi ilə görüşəcək. Saqi Salehli (69 kq) ilk döyüşünü dekabrın 1-də keçirəcək. Milli komandamızın üzvü ukraynalı Artyom Solovyovla qarşılaşacaq. 75 kq çəki dərəcəsində mübarizə aparan Orxan Mayıllını da dekabrın 1-də izləyə bilərik. Həmyerlimiz ya avstraliyalı Cohn Travers, ya da tacikistanlı Avazbek Qurbanboyevlə üz-üzə gələcək. Gənclər arasında Avropa çempionu Rauf Rəhimov dünya birinciliyində noyabrın 30-da debüt edəcək. Boksçumuzun rəqibi gürcüstanlı Aleksandr Dovkvadze olacaq. Rahil Məmmədli (91 kq) ilk görüşünü noyabrın 30-da Puerto Riko boksçusu Sahret Delgadoya qarşı keçirəcək. 

İrəvanda dünya birinciliyi start götürdü

abf.az

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ