İlham Zəkiyevdən növbəti çempionluq

Sayta qoyulub: 12:37 26.03.2012 (184 dəfə oxunub)

Almaniyanın Heydelberq şəhərində keçirilən paralimpiyaçı cüdoçular arasında Dünya Kubokunun qalibləri müəyyənləşib. Paralimpiya Komitəsindən  verilən məlumata görə, yarışlarında iştirak edən Azərbaycan milli komandasının 4 üzvündən 3-ü vətənə medalla qayıdıb. 

Belə ki, bütün rəqiblərinə qalib gələn yığmamızın kapitanı, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev (+100 kq) Dünya Kubokunu çempion kimi başa vurub. Yalnız finalda uduzan Zakir Mislimov (90 kq) gümüş medala sahib olub. Millimizin digər üzvü - Ramin İbrahimov (60 kq) isə üçüncü yerlə kifayətlənib.
 

XƏBƏR LENTİ