Azərbaycan taekvondoçuları Spanish Open-də 3 medal qazanıblar

Sayta qoyulub: 15:45 26.03.2012 (287 dəfə oxunub)

Niderlandın açıq çempionatının ardından, İspaniyada bayrağımızı 3 dəfə dalğalandıran taekvondoçularımız Azərbaycan himnini də səsləndiriblər.

Alikantedə Dünya Taekvondo Federasiyasının (WTF) reytinqli yarışlarından olan və Avropa Taekvondo Birliyinin (ETU) "A" dərəcəli turniri sayılan ("Spanish Open") 10-cu açıq çempionatın 3 final döyüşündə iştirak edən idmançılarımız 1 qızıl və 2 gümüş medal qazanıblar.

London Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən Ramin Əzizov (80 kq) qızıl medal uğrunda mübarizədə Augustin Bata (Fransa) üzərində 9-1 hesablı inamlı qələbə ilə daha 20 reytinq xalı əldə dib. Perspektivli taekvondoçularımızdan Elvin Məmmədov (74 kq) Raul Martinezlə (İspaniya), qadınlardan Xəyalə Quliyeva (46 kq) isə Rukiye Yıldırımla (Türkiyə) həlledici döyüşü əldən versə də, ümumilikdə 13 xal toplayan komandamız 30 ölkə arasında 4-cü nəticə göstərib.

Qeyd edək ki, olimpiya seçməsi üzvlərinin ötən yarışı aprelin əvvəlində Misirin Şarm əl-Şeyx şəhərində gənclərin dünya çempionatına və mayın ilk günlərində İngiltərənin Mançester şəhərində böyüklərin Avropa çenpionatına hazırlıqları baxımından da önəmli olub.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ