Daha iki boksçumuz növbəti mərhələdə

Sayta qoyulub: 22:09 01.12.2012 (170 dəfə oxunub)

İrəvanda keçirilən gənclər arasında dünya çempionatının üçüncü yarış günündə Azərbaycanın daha 3 boksçusu mübarizə aparıb.

Onlardan 2-si ilk görüşlərini qələbə ilə başa vurub. 

64 kq çəkidə yarışan Pərviz Bağırov 1/32 finalda Yaponiya idmançısı Hikaru Okişimanı 15:9 (5:3, 6:4, 4:2) hesabı ilə yenib. 

69 kq çəkidəki təmsilçimiz Saqi Salehli Ukrayndan olan boksçu Artyem Solovyova 21:11 (16:3, 7:5,8:3) hesabı ilə məğlub olub.

75 kq çəkidə yer alan Orxan Mayıllı isə avstraliyalı Luke Con Traversiyə 9:3 (9:3,0:0, 0:0) hesabı ilə qalib gəlib.

Daha iki boksçumuz növbəti mərhələdə

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ