Əhmədov 1/8 finala, Məmmədli isə ¼ finala bəsiqə qazandı

Sayta qoyulub: 15:39 03.12.2012 (269 dəfə oxunub)

 

Irəvanda keçirilən gənclər arasında dünya çempionatının dördüncü yarış günündə Azərbaycan milli komandasının 2 boksçusu mübarizə aparıb.  Sevindirici haldır ki, hər iki boksçumuz rəqibləri üzərində inamlı qələbə qazanıb. 52 kq çəki dərəcəsində yarışan Tural Əhmədov Mavrikiya təmsilçisi Donovan Gerieni böyük üstünlüklə məğlub edib – 18:4. Həmyerlimiz 1/8 final mərhələsində hindistanlı Dheerajla üz-üzə gələcək.<o:p style="margin: 0px; padding: 0px;"></o:p>

91 kq çəki dərəcəsində mübarizə aparan Rahil Məmmədli isə artıq ¼ finala vəsiqəni təmin edib. Millimizin üzvü 1/8 finalda  venesuelalı Alfonso Floresi 13:6 hesabı ilə üstələyib. Məmmədlinin növbəti rəqibi İngiltərə idmançısı Daniel Uilyams olacaq. 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ