Millimiz Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Sayta qoyulub: 13:16 08.12.2012 (277 dəfə oxunub)

 

Boks üzrə qadınlardan ibarət milli komandamız Qazaxıstanda bu ölkənin seçməsi ilə birgə təlim-məşq toplanışını başa vurub. Baş məşqçi Şamil Məmmədbəyovun rəhbərliyi  altında hazırlıq prosesində Ceyran Dadaşova (48 kq), Əzizə Abbasova, Anaxanım Ağayeva (hər ikisi 51 kq), Yelena Vıstropova (69 kq),  Leyla Cavadova (75 kq) və Aynur Rzayeva (91+kq) iştirak ediblər. Komandamız dekabrın 9-dan 16-dək Qazaxıstanda 10 ölkənin idmançılarının iştirak edəcəyi beynəlxalq turnirdə mübarizə aparacaq. Yarışda Rusiya, Çin kimi qadın boksunda böyük uğurlara nail olmuş ölkələrin dəri əlcək ustaları da güclərini sınayacaqlar.

XƏBƏR LENTİ