Sumqayıt birinci oldu

Sayta qoyulub: 23:57 10.12.2012 (358 dəfə oxunub)

Sumqayıt birinci oldu

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 8-9 dekabr tarixlərində  Sumqayıtda “Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş  cüdo üzrə şəhərlərarası turnir” keçirilib. 1999-2001-ci il təvəllüdlü yeniyetmələrin qatıldığı iki gün davam edən  turnirdə 26 komanda 10 çəki dərəcəsində mübarizə aparıb.  Abşeron, Qusar, Gəncə, Laçın, Şabran, Xaçmaz, Ağdam, Bərdə, Qubadlı, Yevlax, Siyəzən, İsmayıllı və  Sumqayıtı təmsil edən 270 yeniyetmə cüdoçunun tatamiyə çıxdığı birincilikdə  27, 30, 34, 38, 42, 46, 50, 55, 60, 60+ şəki dərəcəsində olan kimano ustaları qüvvələrini sınayıblar.  Sumqayıt birincilikdə 5 komanda ilə təmsil olunub. Komanda hesabında Təhsil Respublika İdman Məktəbinin Sumqayıt filialı fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Komanda aktivinə 3  qızıl, 1 gümüş və 1 bürünc medal yazıb.  İkinci yeri isə Gəncə təmsilçiləri tutub. Üçlüyü də sumqayıtlılar qapayıb. Belə ki, Sumqayıt 2 saylı Uşaq Gənclər İdman Məktəbinin komandası aktivinə 1 qızıl, 1 gümüş və 5 bürünc medal yazaraq fəxri kürsü də mükafatçılar sırasında olub.

XEBERLE.COM

 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ