Azərbaycan üzgüçüləri qısa məsafədə üzgüçülük üzrə dünya çempionatında iştirak edirlər

Sayta qoyulub: 18:51 12.12.2012 (145 dəfə oxunub)

 

Azərbaycan üzgüçüləri İstanbulda Beynəlxaq Üzgüçülük Federasiyasının (FINA) himayəsi altında keçirilən qısa məsafədə üzgüçülük üzrə dünya çempionatında iştirak edirlər. Bu barədə Trend-ə Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənəniyarlı bildirib. Onun sözlərinə görə, Azərbaycandan çempionatda üçü kişi və biri qadın olmaqla 4 üzgüçü iştirak edir. Azərbaycanlı üzgüçülər bu çempionat çərçivəsindəki bütün yarışlarda iştirak edəcəklər.

XƏBƏR LENTİ