Loxtedən 2 günə 2-ci dünya rekordu

Sayta qoyulub: 21:02 15.12.2012 (144 dəfə oxunub)

Amerikalı üzgüçü Rayan Loxte daha bir dünya rekordu müəyyənləşdirib.İstanbulda keçirilən dünya çempionatında o 100 metr məsafəyə kompleks üzmədə yarımfinalda bu nəticəni göstərib.Loxtenin göstəricisi 50,71 saniyəyə bərabər olub.Xatırladaq ki, Loxte dünən 200 metr məsafəyə kompleks yarışda dünya rekordunu yeniləmişdi.Karyerası ərzində Loxte artıq uzaq və qısa məsafələrə artıq 10-dan çox rekordun müəllifidir.2010-2011-ci illərdə Loxte dünyanın ən yaxşı üzgüçüsü seçilib.

XƏBƏR LENTİ