Azərbaycan Cüdo-İdman Kompleksinin təməlqoyma mərasimi keçirilib (FOTO)

Sayta qoyulub: 14:28 19.12.2012 (663 dəfə oxunub)

 

Azərbaycan Cüdo-İdman Kompleksinin təməlqoyma mərasimi keçirilib (FOTO)
Azərbaycan Cüdo-İdman Kompleksinin təməlqoyma mərasimi keçirilib (FOTO)
Azərbaycan Cüdo-İdman Kompleksinin təməlqoyma mərasimi keçirilib (FOTO)
Azərbaycan Cüdo-İdman Kompleksinin təməlqoyma mərasimi keçirilib (FOTO)
 
Bu gün Azərbaycan Cüdo-İdman Kompleksinin təməli qoyulub. Kompleksin təməlqoyma mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərov, Azərbaycan Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Azərbaycan Cüdo Federasiyasının üzvləri, tanınmış idmançılar, respublikanın idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 Mərasim iştirakçılarına yeni kompleksin texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda inşasına başlanılan və 2014-cü ilin sonlarında istifadəyə verilməsi nəzərdə tutulan Azərbaycan Cüdo-İdman Kompleksi 4500 kv.m-lik sahəyə, 2 min nəfərlik tamaşaçı tutumuna malik olacaq. Kompleksin tərkibinə 8 mərtəbəli otel, poliklinika, laboratoriya, fizioterapiya və sağlamlıq mərkəzi, restoran, trenajor zalı və spa mərkəzi də daxildir.
 Cüdo idman növünün respublikanın bölgələrində də maddi-texniki bazası gücləndirilir. Belə ki, hazırda İsmayıllı rayonunda da Cüdo Mərkəzi inşa olunur. Milli cüdo yığmasının peşəkarlığının daha da yüksəldilməsi, peşəkar məşqçi və hakim heyətinin hazırlanmasının da diqqətdə saxlanıldığı qeyd olunaraq, bir müddət bundan öncə ikiqat Olimpiya, dünya və Avropa çempionu Peter Seysenbaxerin milli cüdo yığmasına baş məşqçi təyin olunduğu bildirilib.
  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ