Yunan-roma güləşi üzrə milli komandamıza iranlı baş məşqçi gətirilir

Sayta qoyulub: 18:06 19.12.2012 (156 dəfə oxunub)

Yunan-roma güləşi üzrə milli komandamızın yeni baş məşqçisi iranlı olacaq. İran mətbuatının yazdığına görə bu Cəmşid Xeyrəbadidir. Artıq bu mütəxəssislə razılıq əldə olunub və o, hazırda Bakıda güləş üzrə Azərbaycan çempionatını izləyir. Yeni baş məşqçi ilə 4 illik müqavilənin bağlanması gözlənilir.

Qeyd edək ki, milli komandanın keçmiş baş məşqçisi Saleh Bora London olimpiadasındakı zəif nəticələrdən sonra istefaya göndərilmişdi.

XƏBƏR LENTİ