Lokaut başa çatmasa liqanın itkisi 2 750 000 000 olacaq.

Sayta qoyulub: 22:54 25.12.2012 (276 dəfə oxunub)

2012/13 mövsümünün tam olaraq təxirə salınması NHL-ə  2,75 milyard dollara başa gələ bilər.Bunlardan 2,2 milyardı ötən ilin nəticələrinə nəzər alsaq liqanın əsas gəliri ,330 milyon isə oyunçulara kompensasiya təşkil edir.

Televiziya ilə də vəziyyət ürəkaçan deyil.Hazırda NBC kanalı mövsüm olmasa belə liqaya 200 milyon ödəməlidir.Lakin liqanın NBC ilə müqaviləsinə əsasən 10 illik müqavilə başa çatdıqdan sonra NHL Tv-yə oyunların 1 il pulsuz yayımlanmasına icazə verməlidir.Bunun da dəyəri , əlbəttə ki, 200 milyondan çoxdur.

Hələlik çempionatın xilasına ümid etmək olmur.Belə ki, vaxt keçir.Əgər yanvarın ilk 10 günü ərzində danışıqlar bir nəticə verməsə , çox güman ki , mövsüm olmayacaq. Bu isə son 8 ildə 2-ci dəfə çempionatın olmaması deməkdir.


XƏBƏR LENTİ