"Yaralı" "Aston Villa", məğlubedilməz "Stok Siti"

Sayta qoyulub: 15:03 26.12.2012 (288 dəfə oxunub)

www.etopaz.az-da bir neçə günlük fasilə başa çatdı. Təbii ki,britaniyalıların sayəsində. Əksər ölkələrin çempionatlarında Milad tətili başlasa da, futbolun vətənində həmişəki kimi bayram günlərində futbol oynanılır. www.etopaz.az bu gün müştərilərinə 101 qarşılaşma təklif edir ki, onların da böyük əksəriyyəti İngiltərə, Şotlandiya, Şimali İrlandiya və Uelsdə keçiriləcək oyunlardır. 

"Dumanlı Albion"dakı matçlardan başqa bu günkü proqramda İtaliya B seriyasının, Belçika liqasının və Milad bayramıyla heç bir əlaqəsi olmayan İran çempionatının oyunları da yer alıb. Proqramdakı qarşılaşmalardan 5-i proqnozsevərlərə "tək oyun" kimi təklif olunur. Bu "beşlik"də İngiltərə premyer liqasının "Aston Villa" - "Tottenhem" görüşünə isə həm də canlı mərc etmək olar. Saat 21:30-da başlanacaq duelin favoriti qonaqlar sayılır. London təmsilçisinin qələbə əmsalı 1.90-dır.
 
Ötən tur "Çelsi" tərəfindən biabırçı hesabla (0:8) darmadağın olunan "Aston Villa"nın axşamkı oyunda özünü necə göstərəcəyi böyük maraq doğurur. Bəlkə də "Aston Villa" "Çelsi"nin heyfini bu gün  Londonun digər təmsilçisindən çıxacaq. Hərçənd onu da nəzərə almaq lazımdır ki, "Tottenhem" 4 ildən çoxdur bu komandaya uduzmur. Bütün bunları nəzərə alan www.etopaz.az meydan sahiblərinin qələbəsini 3.10, heç-heçəni isə 3.30 əmsalla dəyərləndirir. 

Canlı mərcdə isə təbii ki, bu əmsallar dəyişəcək. Günün son  "tək oyun"u saat 23:45-də başlayacaq. Noyabrın 3-dən bəri keçirdiyi 8 görüşün heç birində uduzmayan "Stok Siti" doğma meydanda "Liverpul"la qarşılaşacaq. Meydan sahiblərinin diqqətçəkən məğlubedilməzlik seriyası əldə etməsinə baxmayaraq www.etopaz.az axşamkı dueldə "Liverpul"u favorit sayır (qələbə əmsalı 2.00). Heç-heçə düzgün proqnoz verənlərə 3 dəfə artıq qazandıracaq. "Stok Siti"nin qələbə əmsalı isə 2.95-dir. 

Yeni ili yüksək əhval-ruhiyyədə qarşılamaq üçün www.etopaz.az sizə şans yaradır. www.etopaz.az-dadüzgün intuisiya pul qazanmaq deməkdir. Özünüzə və www.etopaz.az-a güvənin, oynayın, həm də qazanın!!!

Etopaz.az

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ