Ağayar Axundzadə yeni vəzifədə

Sayta qoyulub: 11:13 02.01.2013 (314 dəfə oxunub)

 

Cüdo üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağayar Axundzadə yeni vəzifəyə təyinat alıb. Bu haqda təcrübəli mütəxəssisin özü məlumat verib.

 O bildirib ki, Azərbaycan Cüdo Federasiyasının tərkibində yaradılan Məşqçilər Şurasında təmsil olunacaq. Lakin Axundzadə Şuranın funksiyası və özünün hansı vəzifəni tutacağı barədə danışmaqdan imtina edib: “Məşqçilər Şurasının tərkibi 2013-cü il yanvarın ortalarınadək təsdiqlənəcək. Həmin vaxt bütün məsələlərə aydınlıq gələcək”.

 Qeyd edək ki, Ağayar Axundzadə 2012-ci il London Yay Olimpiya Oyunlarında 8 cüdoçumuzdan heç birinin medal qazana bilməməsindən sonra yığmamızın baş məşqçi postundan istefaya göndərilib. Onun avstriyalı mütəxəssis Peter Zayzenbaher əvəzləyib.

 

Lent.az

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ