Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

"Azərbaycanda ən yüksək səviyyəli yarışların keçirilməsi üçün imkan var"

Sayta qoyulub: 13:50 30.03.2012 (566 dəfə oxunub)

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) ən yüksək səviyyəli beynəlxalq yarışları keçirməyə bütün potensialı var.  Bunu jurnalistlərə Bakıda səfərdə olan Beynəlxalq İdman Qayayadırmanma Federqasiyasının (İFCS) vitse-prezidenti Aleksandr Piratinski bildirib.

Onu sözlərinə görə, Azərbaycan Federasiyası 2013-cü ildə Qayayadırmanma üzrə Dünya Kubokunun mərhələ yarışlarının Bakıda keçirilməsi üçün İFCS-yə müraciət edib və bu müraciətə müsbət istiqamətdə baxılır.

"Bakının namizədliyi ilə bağlı beynəlxalq federasiyanın üzərinə nə düşürsə onu edəcək ki, Azərbaycanda bu yarış keçirilsin. Azərbaycanda belə səviyyəli yarışların keçirilməsi üçün böyük potensial var", - o deyib.

Piratinski Bakıda FAİREX ofislərində və idman zallarında olduğunu qeyd edərək vurğulayıb ki, Azərbaycanda bu idman növü üzrə maddi texniki baza dünya səviyyəsində ən qabaqcıllarda biridir. "Azərbaycanda bu cür ciddiliklələ bu idman növü ilə məşğul olunması bizim beynəlxalq federasiya üçün tapıntıdır. FAİREX ən cavan federasiyalardan biridir və düşünürəm ki, ən sürətlə inkişaf edənlərdəndir. Bizim beynəlxalq federasiyada bütün qitələrdən 80 ölkə təmsil olunur", - o deyib.

Piratinski federasiyanın prezidenti Hüseyn Bağırovun fəaliyyətini yüksək qiymətləndirib. "Demək lazımdır ki, federasiyanın prezidenti bizim beynəlxalq federasiyada ən nüfuzlu prezidentlərdən biridir", - o deyib.

Beynəlxalq Federasiyanın FAİREX-lə əməkdaşlığına toxunan vitse-prezident qeyd edib ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası 2010-cu ilin əvvəlindən Beynəlxalq İdman Qayayadırmanma Federasiyasının üzvüdür.

"Əməkdaşlığımızın əvvəlində biz federasiyanın İFCS-ə daxil olması ilə bağlı iş apardıq. Bütün bu proses Azərbaycan tərəfindən elə tez müddətə həll olundu ki, heç təcrübəli ölkələr də belə vaxtı-vaxtında həll edə bilmirlər", - Piratinski deyib.

O, Azərbaycan idmançılarının federasiyanın yaratdığı şəraitdən səmərəli istifadə edərək yüksək səviyyəli yarışlarda nailiyyətlər qazanacaqlarına ümidvar olduğunu bildirib. "FAİREX bu cür şərait yaradıbsa, inanıram ki, gələcəkdə Azərbaycan da beynəlxalq yarışların qalibləri olacaq", - o deyib.

Vitse-prezident idman qayayadırmanmasının 2020-ci il Olimpiya Oyunlarına daxil edilməsinin planlaşdırıldığını qeyd edərək vurğulayıb ki, bu artıq ekstremal idman növü sayılmır. "Çünki bu süni relyefdə, etibarlı qorunma ilə demək olar ki, təhlükəsiz idmandır. Bu idmana insanlar yeriməyi öyrənən kimi lap uşaq vaxtlarından başlaya bilərlər", - o deyib.

Vitse-prezident həmçinin qeyd edib ki, idman qayayadırmanması üzrə əlil idmançılar üçün də yarışlar keçirilir. "2006-cı ildən Yekaterinburqdakı dünya çempionatından başlayaraq bir neçə beynəlxalq yarışlar keçirmişik. Ötən il isə sağlamlıq imkanları məhdud insanlar üçün ilk dünya çempionatı keçirildi. Biz bu il Parisdə əlillər arasında ikinci dünya çempionatını keçirməyi planlaşdırırıq", - Piratinski deyib.

Səfər çərçivəsində Beynəlxalq Federasiyanın vitse-prezidenti Azərbaycan idmançıları üçün master klass keçib. Həmçinin onun Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşü nəzərdə tutulur.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası 2005-ci ildə yaradılıb. Federasiya Azərbaycanda ekstremal dağ turizmi, qayayadırmanma (təbii relyefdə), idman qayayadırmanması (süni relyefdə), buzadırmanma, speleoturizm və hava idman növlərindən paraşüt, paraplan, motoparaplan, deltaplan, motodeltaplan kimi idman növlərinin inkişaf etdirilməsi və populyarlaşması istiqamətində fəaliyyət göstərir. Federasiya bu sahə üzrə müxtəlif səviyyəli yarışların bilavasitə təşkilatçısı və iştirakçısıdır.

Hazırda Federasiyanın nəzdində respublikanın müxtəlif bölgələrindən olan 30-dan çox idman klubu fəaliyyət göstərir. Azərbaycan Hava və Ekstremal Idman Növləri Federasiyası 2010-cu ildən etibarən 3 Beynəlxalq Federasiyanın - UİAA (Beynəlxalq Dağçılıq Federasiyası), İFSC (Beynəlxalq İdman Qayayadırmanma Federasiyası) və FAİ (Beynəlxalq Hava İdmanı Federasiyası) aktiv üzvüdür.

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat