Yeniyetmə qızlar Ukraynada təlim-məşq toplanışında və turnirdə iştirak edəcək

Sayta qoyulub: 08:55 24.01.2013 (108 dəfə oxunub)

6-8 fevral 2013-cü il tarixdə Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə qızlar arasında ənənəvi beynəlxalq turnir keçiriləcək. Sərbəst güləş üzrə yeniyetmə qızlardan ibarət yığma komanda 2013-cü il üçün nəzərdə tutulan təqvim planına əsasən bu turnirdə iştirak edəcək.

Turnirdən öncə isə, yığma komandanın üzvləri birgə təlim-məşq toplanışına qatılacaq. 25 yanvar – 6 fevral tarixlərində baş tutacaq təlim-məşq toplanışına 7 güləşçimiz qatılacaq. Məşqçi Rövşən Süleymanovun rəhbərliyi altında Ukraynaya yollanacaq heyətdə Ülkər Babayeva (37 kq), Türkan Nəsirova (44 kq), Şəbnəm Əhmədova, Leyla Qurbanova (hər ikisi 48 kq), Səbinə Həmzəzadə (51 kq), Leyla Orucova (55 kq) və Ləman Qurbanova (59 kq) yer alıb. 

XƏBƏR LENTİ