Aliyə Qarayeva 4-cü oldu

Sayta qoyulub: 07:21 02.04.2012 (224 dəfə oxunub)

Fransanın Tye şəhərində bədii gimnastika üzrə qran-pri turniri keçirilib. Yarışda  Azərbaycanı yığma komandamızın lideri Aliyə Qarayeva, habelə Səbinə Abbasova, Aynur Cabbarlı, Aelita Xələfova, İradə Əhədzadə, Siyana Vasileva və Aliyə Paşayevadan ibarət böyüklərin qrup komandası təmsil edib. Aliyə Qarayeva çoxnövçülük yarışlarında 21 gimnast arasında 112,875 bal toplayaraq 4-cü olub. Qrup hərəkətləri üzrə milli komandamız isə 11-ci nəticə göstərib. 



 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ