"Qəbələ"də ilk yola salınan Trivunoviç oldu

Sayta qoyulub: 09:04 02.04.2012 (158 dəfə oxunub)

"Qəbələ"də ilk yola salınan Trivunoviç oldu

"Qəbələ" mövsüm başa çatmamış islahatlara start verib. Əyalət klubu heyətə əl gəzdirməyə başlayıb.
Hələlik istədiyi pillədə ola bilməyən qəbələlilər "Bakı" ilə oyun öncəsi bir futbolçusu ilə münasibətlərə son qoyublar. Bu, serbiyalı Veseliko Trivonoviçdi. 2011-ci ildən "Qəbələ"də çıxış edən 32 yaşlı yarımmüdafiəçi artıq Azərbaycanı tərk edib.
Qeyd edək ki, yarımmüdafiəçi son zamanlar zədədən əziyyət çəkir və nadir hallarda meydançaya çıxırdı.

XƏBƏR LENTİ