"Yamamay" CEV kubokunun sahibi oldu

Sayta qoyulub: 10:14 02.04.2012 (263 dəfə oxunub)

 

Qadın voleybolçular arasında CEV kubokunun qalibi müəyyənləşib. Qitənin ən güclüsü adına İtaliyanın “Yamamay” klubu layiq görülüb.
Onlar Türkiyənin “Qalatasaray” komandasına səfərdə 3:1 hesabı ilə uduzsalar da, evdə bunun qisasını alıblar – 3:1 (25:19, 26:13, 23:25, 25:23). “Yamamay” “Qızıl set”də də “sarı-qırmızılar”a 15:9 hesabı ilə qalib gələrək, CEV kubokunu başı üzərinə qaldırıb. Qeyd edək ki, bu yarışda mübarizə aparan Bakının “İqtisadçı” klubunu məhz “Yamamay” 1/8 finalda mübarizədən kənarlaşdırmışdı.

 

XƏBƏR LENTİ