Stend atıcılığı üzrə dünya kubokuna yekun vurulub

Sayta qoyulub: 15:42 02.04.2012 (274 dəfə oxunub)

ABŞ-ın Tukson şəhərində keçirilən stend atıcılığı üzrə Dünya Kubokuna yekun vurulub. Turnirdə son iştirakçımız - Elvin İsmayılov da mükafatçılar sıranda yer ala bilməyib.
Trap növündə hədəf önünə keçən həmyerlimiz 5 atışdan 104 xal toplayıb ki, bu da onun 52 idmançı arasında 45-ci olması ilə nəticələnib. Kubokun qalibi isə 123 xalla Ryan Hadden (ABŞ) olub.
Qeyd edək ki, İsmayılovdan öncə Zemfira Meftahətdinova 8-ci, Emin Cəfərov 21-ci olmuşdu.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ