"Azərreyl" Kimi almaq niyyətindədir.

Sayta qoyulub: 07:09 05.04.2012 (328 dəfə oxunub)

Bakının “Azərreyl” voleybol klubu növbəti mövsüm üçün möhtəşəm heyət yığmağı planlaşdırır.Dünya şöhrətli italiyalı mütəxəssis Alessandro Çiappini ilə yeni il üçün müqavilə bağlayan “dəmiryolçular” hazırda Avropanın ən yaxşı voleybolçusu seçilən Yeon Kinq Kimə elçi düşüblər. 

“Fənərbaxça”nın heyətində Çempionlar Liqasının qalibi və Bakıda keçirilən “Dördlər finalı”nın ən yaxşısı seçilən 24 yaşlı cənubi koreyalı hücümçü karyerasını ölkəmizdə davam etdirməyə yaxındır. Belə ki, “Azərreyl” onun keçidi üçün çox yüksək transfer məbləğini ödəməyə hazırlaşır. Türk həmkarlarımız da Kimin bu cəlbedici təklifin qarşılığında hansı addımı atacağını maraqla gözləyirlər.

Qeyd edək ki, Kim Azərbaycan azarkeşləri üçün yaxşı tanışdır. O, bu mövsüm “Rabitə” ilə görüşlərdə 4 dəfə iştirak edib, habelə paytaxtımızda baş tutan “Dördlər finalı”nda komandasının çempionluğunda böyük rol oynayıb.

XƏBƏR LENTİ